Zaqatalada evdən 15 min manatlıq qızıl oğurlandı

KRİMİNAL
15:42 07.01.2022
145
Zaqatala rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1200 ABŞ dolları və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR