Zaqatalada fındıq bağından yığdıqları göbələkdən zəhərlənən və iki uşağını itirən valideynlərin vəziyyətində müsbət irəliləyişlər əldə olunub.Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun ANS PRESS-ə verdiyi məlumata görə, 45 yaşlı Seyfulla Balaşov və onun həyat yoldaşı 42 yaşlı Mehriban Həmzəyeva vəziyyətlərini dəyərləndirmək üçün digər mütəxəssislərin də dəvət edildiyi konsolosium keçirilib.Konsolosimun nəticələrinə görə, xəstələrin vəziyyətində müsbət istiqamətdə dəyişiklik gedir. "Vəziyyəti daha ağır olan Mehriban Həmzəyeva 1-ci dərəcəli koma vəziyyətindən çıxıb. Seyfulla Balaşovun isə vəziyyəti daha yaxşıdır. Kişi artıq danışa bilir, verilən suallara cavab verir. Qadın isə hələ danışa bilmir".Xatırladaq ki, Zaqatala rayonunun Yuxarı Tala kənd sakinləri, bir ailənin 4 üzvü - 1968-ci il təvəllüdlü Balaşov Seyfullah Həsən oğlu, onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Həmzəyeva Mehriban Qurban qızı və iki övladları - 2003-cü il təvəllüdlü Balaşova Zümrüd Seyfullah qızı və 2005-ci il təvəllüdlü Seyfullah oğlu oktyabrın 23-də göbələkdən güclü zəhərlənmə diaqnozu ilə Zaqatala MRX-a daxil olub.