Zaqatalada 28 yaşlı qızın maşınla vurulma anının görüntüləri yayılıb.
Hadisə ötən gün Zaqatala şəhəri ərazisində baş verib.
Rayon sakini Sadiq Zəngiyev idarə etdiyi VAZ-2102 markalı minik avtomobili ilə rayonun Yuxarı Çardaqlar kənd sakini, 1995-ci il təvəllüdlü Günay Abakar qızı Əhmədovanı vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Əhmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
///Lent.az