Zaqatala rayonunda mənzildən iki meyit tapılıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 15.00 radələrində Zaqatala şəhərində mənzillərdən birində iki nəfər ölmüş vəziyyətdə aşkarlanıb. Onların şəxsiyyəti hələlik məlum deyil.
Hadisə yerinə Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları gəlib.
Hazırda hadisə yeri müayinə edildiyi üçün bu barədə əlavə açıqlama verilmir.