Zaqatalada müəllim şagirdi döydü (FOTO)

Zaqatalada müəllim şagirdi döydü (FOTO)
Bütün Xəbərlər
23:28 04.10.2011
2681

Zaqatalanın Göyəm kəndində maraqlı hadisə baş verib.

AZXEBER.COM-un məlumatına görə, həmin kəndin orta məktəbinin 7-ci sinif şagirdi Xəyal Borayev 27 sentyabr tarixində məktəbin müəllimi Vüsalə müəllimə tərəfindən döyülüb. Atası Muhuma Borayevi dediyinə görə, Xəyal həmin hadisədən sonra danışa bilmir, qəhərdən boğulur. Atası hadisəylə bağlı polisə müraciət etsə də, hələ heç bir nəticə yoxdur. 

Sakinlərin dediyinə görə, Xəyalın psixoloji reabilitasiyaya ehtiyacı var. Onu təhqir edən, döyən müəllimə isə qanun qarşısında cavab verməlidir. Uşağın atası Təhsil Naziliyinin qaynar xəttinə zəng edib. Nazirlikdən isə cavab belə olub: yerli təhsil şöbəsinə müraciət edin.

AZXEBER.COM portalı məsələylə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən verilən məlumata görə, hadisə haqda onlarda məlumat var və məsələ araşdırılır. 

OXŞAR XƏBƏRLƏR