Zaqatalada qaynı tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib

Zaqatalada qaynı tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirilib
SOSİAL
13:33 12.05.2019
5889
Zaqatalada 35 yaşlı qadın qaynı tərəfindən döyülüb.
 
Rayonun Qandax kənd sakini, 1984-cü il təvəllüdlü Esmira Şirin qızı Bayramova bədənin müxtəlif nahiyyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan ONA-ya bildirilib ki, müayinə zamanı E.Bayramova qaynı tərəfindən döyüldüyünü bildirib. 

E.Bayramovanın müalicəsi xəstəxananın travmatologiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR