Zaqatalada qəza - Xəsarət alanlar var

Zaqatalada qəza - Xəsarət alanlar var
HADİSƏ
09:27 20.10.2025
107
Zaqatala rayonunda avtomobil qəzası olub, xəsarət alanlar var.

Hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 30 yaşlı Rəsul Corovun idarə etdiyi "Opel" və 45 yaşlı Vüsal İsayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ"da olan 4 yaşlı uşaq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR