Zaqatalada sirkə turşusu içən qadın ölüb

Zaqatalada sirkə turşusu içən qadın ölüb
Bütün Xəbərlər
12:15 09.12.2013
752

2 uşaq anası Nurlana Orucova güclü zəhərlənmə dioqnozu ilə xəstəxanaya çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb

Zaqatalada iki uşaq anası sirkə turşusundan zəhərlənərək ölüb. AZXEBER.COM-un APA-ya istinadən xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, dekabın 8-də saat 17 radələrində rayonun Əliabad qəsəbə sakini, 1984-cü il təvəllüdlü Orucova Nurlana Mais qızı güclü zəhərlənmə dioqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.N. Orucovanın sirkə turşusu içdiyi məlum olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.N. Orucova ailəli, iki uşaq anası olub. Onun özünə qəsd edib-etməməsi araşdırmadan sonra məlum olacaq.Fakala bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR