“Zaqatalada Üzeyiri döymək istədim...” – FOTO MÜSAHİBƏ

“Zaqatalada Üzeyiri döymək istədim...” – FOTO MÜSAHİBƏ
GƏNCLİK
22:39 10.11.2011
4378

Ucar niyə Bakıda bir çoxlarında qıcıq oyadacaq?

“Onların adı hamıdan gizli saxlanılır”

“Bir neçə tanınmış ziyalıya zəng edəndə, onlar Mübariz İbrahimovu tanımadılar”

“Ona baxanda Məlik Dadaşovun “Fəryad” filmindəki obrazı yadıma düşdü”

“Azərbaycanda ilk dəfə olaraq, bunu biz edirik...”

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir. Müsahibimiz festivalın icraçı direktoru, gənc və perspektivli rejissor Ramil Ağasıyevdir.

- Festivalla bağlı görülən son işlər hansılardır?

Festivalın idarə heyəti yekuna yaxınlaşdıqca, işlərin tempini daha da artırıb. Bu yaxınlarda biz növbəti dəfə bölgələrə yollandıq. Bilirsiniz ki, bundan öncə də biz pyeslərin paylanılması və bölgə gəncləri ilə görüşlər keçirmək üçün İsmayıllı, Ucar, Mingəçevir və Zaqatala rayonlarında olmuşduq. Bu dəfə isə həmin rayonlarda tamaşaların hazırlıq mərhələsinə baxış keçirmək üçün bölgələrə yollandıq.

- Truppaların hazırlıq işlərini necə qiymətləndirirsiniz?

Açığı yaxşı mənada təəccübləndim. Mən bölgələrdə heyətin işə bu cür məsuliyyətlə hazırlaşacağını gözləmirdim. Çox sevindirici haldır ki, bölgə truppaları artıq işləri yekunlaşdırıblar.

- Pyeslərdə sonradan hansı dəyişikliklər olunub?

Birinci səfərimiz İsmayıllı rayonuna oldu. İlkin ssenariyə bir çox dəyişikliklər ediblər. Aktyorlar təbii ki, gənclərdir. Düzdür, onlar peşəkar dərs almayıblar, amma ümumilikdə onların hazırladığı tamaşadan razı qaldıq. Daha sonra Ucar truppasının hazırlıq məşqləri ilə tanış olduq. Ucar məni çox təəccübləndirdi. Çox maraqlı tamaşa hazırlayıblar. Ssenariyə onlar yuğ elementləri əlavə ediblər. Bu da çox alqışlanacaq bir hərəkətdir. Bəlkə də bu tamaşa bir çoxlarında qıcıq oyadacaq. Etiraf etməliyəm ki, onlar bəzi Bakı truppalarına nisbətən daha gözəl hazırlaşıblar. Ucarın ardıncaMingəçevirə səfər etdik. Tamaşa tam hazırlıqlı olmasa da, görülən işlərə yaxşı demək olar. Mingəçevirdə də, eynilə İsmayıllıda olduğu kimi aktyorlar daha çox həvəskar gənclərin arasından seçilib. Etiraf edim ki, Zaqatala məni ümumiyyətlə şoka saldı. Üzeyir Məmmədov Zaqatala truppasının quruluşçu rejissorudur. O erməni yaraqlısı obrazını o qədər gözəl canlandırırıb ki... Hətta ona baxanda Məlik Dadaşovun “Fəryad” filmindəki obrazı yadıma düşdü. O dərəcədə inandırıcı ifası var ki, inanın, bir an eyforiyaya dalaraq, Üzeyiri elə erməni vandalı sayıb, onu döymək belə istədim. Ümidvaram ki, bu tamaşa da çox böyük rəğbət oyadacaq.

Festivalda keçirilməsi planlaşdırıan Art Kamp haqqında oxucularımıza məlumat verərdiniz.

Art Kamp bu günə qədər Azərbaycanda olmayıb. Əcnəbi ölkələrdə hər il keçirilir və bu art kamplar ödənişli olur. Azərbaycanda ilk dəfə olaraq, bunu biz edirik və bu Art Kamp Gənclər və İdman Nazirliyinin dəstəyinə görə, tamamilə ödənişsizdir. Buna görə festivalın icra komitəsi adından şəxsən nazir Azad Rəhimova yaradılan şərait üçün minnətdarlığımızı bildiririk. Festivalda iştirak edən 100-ə yaxın gəncin hər biri burada aktiv iştirak edə bilər. Biz onlar üçün rejissor, aktyor dərsləri, səhnə hərəkəti,səhnə danışığı və bir çox yaradıcı baxımdan lazım olan treninqləri təşkil edəcəyik. Bunun üçünbiz düşərgəyə mütəxəssislər, yaradıcı insanlar dəvət edəcəyik. İstəyimiz və hədəfimiz birdir: yaradıcı gəncliyə vətənpərvərliyi daha aydın və audio – vizual vasitələrdən istifadə edərək, aşılamaq.

Gənclər üçün əyləncələr də olacaqmı?

Təbii ki, biz bunu da düşünmüşük. Axşam məşqlərindən sonra biz gənclərlə maraqlı oyunlar, təşkil edəcəyik. Ola bilsin ki, düşərgəyə tanınmış ulduzları da dəvət edək. Bu da gənclər üçün bir stimul olacaq.

Bəs münsiflərin adları nə zaman mətbuata açıqlanacaq?

Ümumiyyətlə biz münsiflərin adlarını hamıdan gizli saxlayırıq. Onların kimliyi yalnız festivalın seçim günü açıqlanacaq.

- Münsiflərin adlarının gizli saxlanılması şəffaflığın qorunması üçündür yoxsa?

Bəli. Biz çalışırıq ki, şəffafq qorunsun. Bunun üçün əlimizdən gələn bütün işləri görümüşük və görəcəyik də.

- Artıq festivalın sonuna az bir zaman qalıb. Cəmiyyətin festivala olan marağı sizi qane etdimi?

Festival özünü doğruldub, bu faktdır. Artıq yaradıcı gənclərimizin əksəriyyətinin festival haqda məlumatı var. 100-dən artıq gənc festivalda iştirak edir. Düşünürəm ki, biz çox qısa zamanda qənaətbəxş iş görməyə müvəffəq olduq. İstərdik ki, mediada bu sahəyə maraq artsın və media nümayəndələri festivalı daha çox işıqlandırsınlar. Biz sözdə deyil, əməldə vətənpərvərlik nədir bilək. İnanın ki, bəzən bir neçə tanınmış ziyalımıza zəng edəndə, onlar Mübariz İbrahimovu tanımadılar. Çox təəssüf ki, bu cür hallarla da qarşılaşmışıq. Ona görə istərdim ki, mətbuat daha aktiv olsun və biz cəmiyyətdən o maarifləndirmə işləri ilə bağlı nəticəni ala bilək.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib