Zaqatalanın 12-ci yaşayış məntəqəsi qazla təmin olundu

Zaqatalanın 12-ci yaşayış məntəqəsi qazla təmin olundu
Bütün Xəbərlər
12:33 10.05.2013
1003

Zaqatala rayonunun ucqar yaşayış məntəqələrindən olan Danaçı kəndinə ilk dəfə təbii qaz verilib.

AZXEBER.COM-un məlumatına görə, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı”na uyğun olaraq Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.Hazırda Danaçı kəndi də daxil olmaqla, rayonun 12 yaşayış məntəqəsinə mavi yanacaq verilir.

Bildirilib ki, 1524 abonenti olan Danaçı kəndinin qazlaşdırılması məqsədi ilə ümumi uzunluğu 104 kilometr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Daha sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və mənzillərə təbii qazın verilməsinə başlanılıb.Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hazırda rayonun Makov, Yengiyan, Mazıx kəndlərinin və Əliabad qəsəbəsinin qazlaşdırılması işləri davam etdirilir. İlin sonunadək bu kəndlərin əhalisi də təbii qazla təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR