“Hamı bilir ki, atam bir müddət əvvəl dünyasını dəyişib. Mənim Günayla nişanlanmağım barədə gəzən şayiələr məntiqsizdir. Daha bundan artıq heç nə demək istəmirəm”. “Onun yarısı “proqramının aparıcısı Zaur Baxşəliyev Lent.az-a açıqlamasında tərəf müqabili Günay Qələndərli ilə “facebook” şəbəkəsində yayılan video-rolikə və onların nişanlanması xəbərinə etiraz edib.AZXEBER.COM-un məlumatına görə, son günlər mətbuatda ATV telekanalının teleaparıcısı Zaur Baxşəliyevlə həmkarı Günay Qələndərlinin nişanlandığı barədə xəbər yazılıb. Buna səbəb son günlər cütlüyün çox səmimi rəftarı, sosial şəbəkələrdə yayılan videoları olub. AZXEBER.COM söz-söhbətə gətirib çıxaran hər iki videonu təqdim edir.