Xəzər kanalında yayımlanan "5/5” verilişində qeyri-adi hadisə baş verib.
Axşam.az-ın məlumatına görə, verilişin aparıcısı Zaur Kamal və qonaq, rəqqasə Oksana Rəsulova arasında anlaşılmazlıq yaşanıb.
Belə ki, Oksana ilə Zaur hind filmindən bir fraqmenti imitasiya ediblər. Bu zaman aparıcı rəqqasənin qolundan tutaraq ona sillə vurub. Bunu gözləməyən Rəsulova obrazdan çıxaraq sillənin cavabını verib.
Bundan sonra da özünə gəlməyən Oksana aparıcıya "Zaur, bunu düz eləmədin” deyib.
Zaur isə rəqqasənin könlünü almaq məqsədi ilə onu qucaqlayaraq, öpüb.