Zaur Mikayılov vətəndaşların müraciətlərini dinlədi

Zaur Mikayılov vətəndaşların müraciətlərini dinlədi
SOSİAL
14:26 18.03.2026
531
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
 
AZXEBER.COM xəbər verir ki, tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov martın 18-də Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbuldan öncə sədr Zaur Mikayılov və Abşeron Rayon  İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. 

Müraciətlər əsasən içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan təlabatın ödənilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR