Ötən gün “Onun Yarısı” verilişinin tanınmış iki aparıcısı evlilik yolunda ilk addımlarını atıb.
Cütlüyə yaxın olan mənbədən AZXEBER.COM-a verilən məlumata görə, nişan mərasimi Günayın ailəsinin Lökbatan qəsəbəsində yerləşən evində keçirilib. Ailə üzvlərinin və yaxın qohumların iştirakı ilə keçirilən nişan mərasimində tanınmış şəxslərdən çox az adamın iştirak etdiyi bildirilir.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, sentyabrda təşkil olunacağı gözlənilən toy məclisi gələn aya qədər təxirə salınıb. Zaur Baxışəliyev mətbuata açıqlamasında bunun səbəbini haqda bunları söyləyib: "Bu yaxınlarda ana nənəm dünyasını dəyişib. Çox üzücü əhvaldayıq. Belə bir məqamda toy xəbərinə şərh vermək çox üzücüdür. Toyumla bağlı konkret tarix açıqlaya bilmərəm".