Zaurun sevgilisi Günay toy haqda danışmadı: 'Hazırda sükan arxasındayam'
MAQAZİN
13:30 16.10.2012
7565
ATV telekanalının aparıcıları – Zaur Baxşəliyevlə Günay Qələndərlinin toyları olması ilə bağlı xəbər yayılıb. Gün.Az xəbər verir ki, gəzən şayiələrə görə, cütlük oktyabrın 26-da nikah masası arxasına keçəcək. Say-seçmə qonaqların dəvət olunacağı mərasim paytaxtın dəbdəbəli şadlıq saraylarının birində təşkil olunacaq. Mərasimə KİV nümayəndələri buraxılmayacaq. Məsələyə aydınlıq gətirmək məqsədilə Günay Qələndərli ilə əlaqə saxladıq. Aparıcı xəbəri nə təsdiq, nə də inkar etdi. O, hazırda sükan arxasında olduğunu bəhanə edərək, sualdan yayındı. Zaur Baxşəliyevlə əlaqə saxlamaq cəhdi isə baş tutmadı, aparıcı telefonun zənglərinə cavab vermədi.