Zayn Malik xəstəxanaya yerləşdirildi: Gül yox, Fələstinə ianə istədi

Zayn Malik xəstəxanaya yerləşdirildi: Gül yox, Fələstinə ianə istədi
MAQAZİN
16:06 07.05.2026
260
Dünyaca məşhur müğənni Zayn Malik səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib. Müğənninin hansı səbəbdən müalicə aldığı barədə rəsmi açıqlama verilməsə də, xəbərin yayılmasından sonra pərəstişkarları ona dəstək mesajları göndərməyə başlayıblar.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, müğənninin xəstəxanaya yerləşdirilməsindən sonra yerli bir gül mağazası Zayn Malik üçün çoxsaylı gül sifarişləri aldığını bildirib.
 
Sosial şəbəkələrdə sürətlə yayılan bu addım sənətçinin ailəsinin də diqqətini çəkib.

Ailə isə pərəstişkarlarına çağırış edərək, gül almağa xərcləyəcəkləri vəsaiti Fələstinlə bağlı yardım kampaniyalarına bağışlamağı xahuiş ediblər.
 
Aysel
OXŞAR XƏBƏRLƏR