Özbəkistan Ali Məclisinin Senatı Şerzod Fayziyevin Azərbaycana səfir vəzifəsinə təyinatını təsdiqləyib.
Bu barədə APA-ya Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Ş. Fayziyev bundan əvvəl Türkmənistanda səfir olub.
Xatırladaq ki, Özbəkistanın Azərbaycandakı sonuncu səfiri İsmətulla İrqaşevin səlahiyyət müddəti bu ilin fevralında başa çatıb.