Özbəkistan BMT-nin diqqət mərkəzində: ağır xəstəlikləri olan uşaqların həyatı üçün mübarizə

Özbəkistan BMT-nin diqqət mərkəzində: ağır xəstəlikləri olan uşaqların həyatı üçün mübarizə
SOSİAL
17:43 26.09.2025
539

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tarixində ilk dəfə olaraq Özbəkistan onkoloji və digər həyati təhlükəli xəstəlikləri olan uşaqların yaşama şansının artırılması və əzablarının azaldılması üzrə qlobal beynəlxalq təşəbbüsə həsr olunmuş xüsusi tədbir keçirib.

AZXEBER.COM xəbər verir ki, tədbir Özbəkistan Hökuməti, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), "St. Jude” Uşaq Tədqiqat Xəstəxanası və "Zamin” Fondu tərəfindən təşkil edilib.

Tədbirdə Azərbaycan, Anqola, Vyetnam, Qvatemala, Serbiya və Türkiyənin birinci xanımları, Livan Baş nazirinin xanımı, ÜST-nin Baş direktoru, BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) prezidenti, "St. Jude" Uşaq Tədqiqat Xəstəxanasının prezidenti və rəhbərliyi, Anqola, Ermənistan, Banqladeş, Mozambik, Dominikan Respublikası, Nigeriya, Qazaxıstan, Qətər, Konqo Respublikası, Qırğızıstan, Malta, Monqolustan, BƏƏ, Peru, Tacikistan, Timor-Leşte, Tuvalu, Türkiyə, Çad və Yamaykanın səhiyyə nazirləri, Macarıstan, İndoneziya, Rusiya, Tanzaniyanın səhiyyə strukturlarının rəhbərliklərinin, beynəlxalq təşkilatların, ekspert icmasının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Uşaq Onkologiyası ilə Mübarizə üzrə Qlobal Təşəbbüsün və Uşaqlar üçün Xərçəng Əleyhinə Dərmanlara Çıxış üzrə Qlobal Platformanın işinin nəticələri təqdim edilib. Tədbir iştirakçıları 2030-cu ilədək ədalətli, inteqrasiya olunmuş və yerli resurslara əsaslanan səhiyyə sistemlərinin inkişafı sayəsində onkoloji xəstəlikləri olan uşaqların yaşama göstəricisinin 60%-ə çatdırılması öhdəliyini təsdiq ediblər.

 

"Hazırda dünyada 2 milyarddan çox uşaq qeyri-infeksion xəstəliklərdən əziyyət çəkir və ya bu xəstəliklərin risk zonasına daxildir. Bu, planetin əhalisinin təxminən üçdə birini təşkil edir. Onların arasında milyonlarla uşaq onkologiyası ilə mübarizə aparır. Müasir tibbin nailiyyətlərinə baxmayaraq, onların arasında yaşama səviyyəsi müxtəlifdir. Belə ki, inkişaf etmiş ölkələrdə bu göstərici 80%-dən yuxarı, inkişaf etməkdə olan ölkələrdə isə 30%-dən aşağıdır. Bu fərq yolverilməz dərəcədə böyükdür. Biz belə bir faciənin qarşısını almaq üçün addımlar atmağa borcluyuq!", - tədbir iştirakçılarına müraciətində "Zamin” Fondunun Himayədarlar Şurasının sədri Ziroat Mirziyoyeva deyib.

"Onkoloji xəstəliklərdən əziyyət çəkən hər bir uşaq, hansı ölkədən və ya icmadan olmasına asılı olmayaraq, öz həyatı uğrunda mübarizə aparmaq üçün bərabər hüquqlara malikdir. Məhz buna görə biz ÜST-nin Uşaq Onkologiyası üzrə Qlobal Təşəbbüsünü başlatdıq. Nəticələr öz-özlüyündə çox şeydən xəbər verir: proqram əhalisinin gəlirləri aşağı və orta səviyyədə olan 80 ölkədə 400 mindən çox uşağa kömək edib", - ÜST-nin Baş direktoru Tedros Qebreyesus vurğulayıb.

Tədbirdə çıxış edən "Sent Jude” Uşaq Tədqiqat Xəstəxanasının prezidenti Ceyms R.Dauninq bildirib: "Heç bir uşağın həyatının ən çiçəklənən dövründə ölməyəcəyi barədə vədimizi yerinə yetirmək üçün biz bu xəstəlikdən əziyyət çəkən uşaqlar arasında yaşama göstəricilərini artırmağa yönəlmiş Oraq Hüceyrəli Anemiya üzrə Qlobal Təşəbbüsün əsasını qoyuruq. Mən BMT-yə üzv hər bir ölkəni hər iki qlobal təşəbbüsə qoşulmağa çağırıram. Bu, bütün ölkələr üçün prioritet olmalıdır".

Tədbirin qonaqları arasında bu xəstəliklərlə üzləşmiş uşaqlar da olub. Onların təsirli hekayələri iştirakçılar arasında dərin əks-səda doğurub. Özbəkistanda fəaliyyət göstərən "Mehrli maktab”in gənc məzunu və könüllüsü Samira İdrisova öz həyat yolundan danışıb.

Özbəkistan uşaqların sağlamlığı naminə qlobal hərəkata fəal töhfə verir. Son illərdə ölkədə uşaq onkologiyasından ölüm hallarını azaltmaq üçün genişmiqyaslı proqramlar həyata keçirilib, əlavə resurslar səfərbər edilib, diaqnostika və müalicə üçün yeni standartlar tətbiq edilib, həmçinin dərmanlara çıxış imkanları genişləndirilib.

Ölkədə ÜST-nin "CureAll” çərçivə proqramı ilə uyğunlaşdırılmış "2025-2030-cu illərdə Uşaq Onkologiyası ilə Mübarizə üzrə Milli Strategiya” təsdiq edilib. Bu strategiya erkən aşkarlanma səviyyəsinin 65%-dək artırılmasını, 1 illik yaşama göstəricisinin 34%-dən 90%-ə, 5 illik yaşama göstəricisinin isə 60%-ə qədər artırılmasını, eləcə də ixtisaslaşdırılmış multidissiplinar yardımla 100% təminatı nəzərdə tutur.

Bundan əlavə, Daşkənddə Uşaq Onkologiyası üzrə Beynəlxalq Akademik Hab yaradılıb. Bu hab diaqnostika sahəsində beynəlxalq standartların inteqrasiyası, mütəxəssislərin hazırlanması və innovasiyaların tətbiqi, həmçinin qabaqcıl təcrübələrin mübadiləsi və müasir kliniki tədqiqatların inkişaf etdirilməsi məqsədi daşıyır.

Tədbir qlobal səhiyyədə ən kəskin və çox vaxt layiqincə qiymətləndirilməyən problemlərdən biri ilə mübarizədə təcrübə mübadiləsi, həmrəyliyin nümayişi və innovativ həllərin təşviqi üçün əhəmiyyətli beynəlxalq platforma oldu.

Tədbir uşaq onkologiyasının müalicəsində əldə olunmuş tərəqqinin qorunub saxlanması və Oraq Hüceyrəli Anemiya üzrə Qlobal Təşəbbüsün həyata keçirilməsi məsələlərinə həsr olunmuş panel müzakirələri formatında davam etdirilib

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR