Özbəkistan istehsalı olan "Çimildik” super-komediyasının Azərbaycan kinoteatrlarında nümayişinə start verilir.
AZXEBER.COM Editor.az-a istinadən xəbər verir ki, komediyanın Qala Gecəsi 10 aprel tarixində "Park Bulvar”da yerləşən "Park Cinema”da baş tutacaq. Filmdə rol alan ulduz sənət adamlarının iştirakı ilə keçiriləcək Qala Gecəsində ilk öncə Özbəkistanın sevilən müğənnisi Dadaxon Obidovun konserti baş tutacaq.
Qala gecəsinə gələn tamaşaçılar ulduz aktyorlarla ünsiyyət imkanı əldə edəcəklər. Daha sonra isə möhtəşəm komediyanın nümayişi baş tutacaq.
Qeyd edək ki, komediyada sevib evlənən Tohir və Zuxranın həyatından bəhs edilir. Bu gənc cütlük bir-birini çox sevsə də, kiçik ailə fikir ayrılıqları üzündən boşanmaq qərarına gəlirlər. Boşanma ilə bağlı məhkəmə qərarını aldıqdan sonra onlar özlərini rahat hiss edirlər və dərhal yeni, azad həyat üçün müxtəlif istiqamətlərə yola düşürlər. Lakin tale onlara gözlənilməz sürprizlər yaşadır. Onlar gecələr harda yuxuya getməsindən asılı olmayaraq, hər səhər incəsənət muzeyində quraşdırılmış çimildik – ilk toy gecəsini simvolizə edən ənənəvi toy çadırının içərisində oyanırlar.
Qala gecəsinin proqramı aşağıdakı kimidir:
Tarix: 10 aprel 2025-ci il
Məkan: Park Bulvar 4-cü mərtəbə
Saat: 19:00 – Tədbirin başlanğıcı
Konsert & Ulduzlarla görüş
Saat: 21:00 – Filmin nümayişi
Konsert və Qala Gecəsinə biletlər:
Tələsin, yerlər məhduddur.