Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq

Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq
DÜNYA
12:20 17.08.2025
173
Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Dunya” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən "Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq.

Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, vətənə dönüşünün avqustun 18-ə təyin edildiyi qeyd edilib.
OXŞAR XƏBƏRLƏR