Özbəkistanda helikopter təlim uçuşu zamanı qəzaya uğradı, ölənlər var

HADİSƏ
22:06 17.11.2023
411
Özbəkistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Səmərqənd vilayətindəki Kattakurqan poliqonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

AZXEBER.COM "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində ekipaj üzvləri həlak olub. Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya işləyir.

Qeyd edək ki, Kattakurqan poliqonu Özbəkistanda 2019-cu ilin noyabrında açılmış ən böyük hərbi poliqondur.

OXŞAR XƏBƏRLƏR