Özbəkistanda yaşayan tanınmış soydaşımız dünyasını dəyişib

Özbəkistanda yaşayan tanınmış soydaşımız dünyasını dəyişib
SOSİAL
12:12 11.07.2025
634

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə 75 yaşında vəfat edib.

AZXEBER.COM 525.az-a istinadən xəbər verir ki, Əli Heydər oğlu Nəsirli 1950-ci il yanvarın 18-də Ağcabədi rayonunda, əslən Şuşadan olan Nəsirli Heydər Məşədi Hüseyn oğlunun ailəsində dünyaya gəlmişdi. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirən Ə.Nəsirli 1979-cu ildən Özbəkistan Respublikasında yaşayırdı. O, Özbəkistan Respublikası Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışmışdı. Ə.Nəsirli daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra vəkil kimi fəaliyyət göstərirdi. Özbəkistan Vəkillər Kollegiyasının üzvü idi, Azərbaycan Vəkillər Kollegiyası tərəfindən "Fəxri Vəkil" adı ilə təltif edilmişdi.

Əli Nəsirli həm də bədii yaradıcılıqla məşğul idi. Özbəkistan Yazıçılar Birliyinin üzvü olan soydaşımızın özbək və Azərbaycan dillərində müxtəlif şeirlər kitabları nəşr olunmuşdu.

Özbəkistan-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə 2012-ci ildə Özbəkistan Respublikasının, 2022-ci ildə isə Azərbaycan Respublikasının "Dostluq” ordenləri ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
23:19 29.10.2026
Bakıda yük avtomobili qəza törədib, yolda hərəkət məhdudlaşdırılıb
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
23:12 29.10.2026
Kredit götürənlərə ŞAD XƏBƏR - AÇIQLAMA
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
23:09 29.10.2026
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
23:03 29.10.2026
Almaniya Rusiya və Belarusu izləmək üçün Litvada xüsusi hərbi sistemlər yerləşdirəcək
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
22:49 29.10.2026
Hikmət Hacıyev "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
22:38 29.10.2026
Putin: Rusiya Avropa ilə münasibətlərin bərpasına yönəlmiş istənilən addımı dəstəkləyir
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
22:30 29.10.2026
Qalibaf: İranın yeddi şərti qəbul edilmədən danışıqlarda irəliləyiş mümkün deyil
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
22:18 29.10.2026
İranın ali rəsmiləri Xameneinin vəziyyətindən danışdılar
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
22:09 29.10.2026
Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
22:03 29.10.2026
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
21:53 29.10.2026
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb - FOTOLAR
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
21:48 29.10.2026
Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
21:36 29.10.2026
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Trampla Ərdoğan arasında telefon danışığı olub
21:29 29.10.2026
Trampla Ərdoğan arasında telefon danışığı olub
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
21:24 29.10.2026
“Futbol azarkeşlərindir!” - Belə təşəkkür etdi
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub
21:18 29.10.2026
İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri müzakirə olunub