Özcan Dənizin Bakı konsertinə cəmi 100 bilet qalıb

Özcan Dənizin Bakı konsertinə cəmi 100 bilet qalıb
ŞOU-BİZNES
14:40 12.04.2013
3832

Türkiyənin tanınmış müğənnisi Özcan Denizin Bakıdakı konsertinə 2 gün qalıb.

AZXEBER.COM-un məlumatına görə, ölkəmizdə çox sevilən sənətçinin konsertinə maraq böyükdür.

Bunu satılan biletlərin sayından da müşahidə etmək olar. Konsertin təşkilatçısı – “Fire Land production”ın rəhbəri İsgəndər Süleymanov AZXEBER.COM-a verdiyi məlumatda bildirib ki, Özcan Denizin konsertinə cəmi 100 satılmamış bilet qalıb.

Qeyd edək ki, konsert aprelin 14-də, Heydər Əliyev Sarayında baş tutacaq. Bu konsert müğənninin Avropa turnesi çərçivəsində gerçəkləşir.

OXŞAR XƏBƏRLƏR