Xəbər verdiyimiz kimi, məşhur türkiyəli müğənni Özcan Deniz canlı yayımda erməni dilində mahnı oxuyub.
AZXEBER.COM-un məlumatına görə, Özcan Deniz erməni mahnısı dediyi bəstə əslində azərbaycanlı bəstəkar Emin Sabitoğlunun əsəri imiş.
Belə ki, adıçəkilən mahnı "Dağlar" mahnısıdır və mahnını Şövkət Ələkbərova vaxtilə ifa edib.
Bununla bağlı sosial şəbəkədə paylaşım edən gənc müğənni Çinarə Məlikzadə mahnını yenidən ifa edib.
Həmin ifanı təqdim edirik: