Zəka Mirzəyev qohumlarına vəzifə verib? - DSMF-dən AÇIQLAMA

Zəka Mirzəyev qohumlarına vəzifə verib? - DSMF-dən AÇIQLAMA
SOSİAL
15:21 27.05.2025
785
"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyevin guya yaxın qohumlarına vəzifə verməsinə dair yayılan xəbər yalandır". 

Dövlət Sosial Müdafiə Fondundan AZXEBER.COM-a verilən açıqlamaya görə bu gün mətbuatda DSMF sədrinin öz qohumlarına vəzifə verməsi ilə bağlı yayılan xəbərlər heç bir fakta əsaslanmadığı üçün yanlışdır:
 
"Heç bir fakta əsaslanmadan bir saytın dərc etdiyi, sonradan bəzi saytların da ona istinadən, dəqiqləşdirmə aparmadan yaydığı bu məlumatda DSMF-nin icraçı direktorunun Fond sədrinin xalası oğlu, sədr müavinin isə sədrin yeznəsi olması barədə yer alan iddia tam əsassızdır. Belə ki, Fondun icraçı direktoru təyin olunan Mail Məmmədovun anası Dadaşova Yaqut Dadaşxan qızı, Fondun sədri Zəka Mirzəyevin anası isə Sadıqova Pərvuzə Ağasəlim qızıdır.  Fondun sədr müavini təyin olunan Şahin Əliyevin qaynatası Yaşılxan Əliyev, Zəka Mirzəyevin atası isə Aqil Mirzəyevdir. Göründüyü kimi, hər hansı sözügedən qohumluq əlaqələrindən söhbət gedə bilməz. Təyin olunan hər iki şəxs uzun illərdir ki, DSMF-nin struktur bölmələrində çalışırlar və sosial müdafiə sahəsində peşəkar təcrübələri ilə seçilirlər". 

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR