Özəl şirkətdə işçilər üsyana hazırlaşır: 'Bezmişik'

Özəl şirkətdə işçilər üsyana hazırlaşır:
Bütün Xəbərlər
12:31 25.08.2012
2162
Çörək və şirniyyat məhsulları istehsal edən “Baker” şirkətində işçilərlə rəhbərlik arasında çaxnaşma yaranıb. Əmək müqaviləsiz işçi qəbul etmək, heç bir səbəb göstərilmədən işçini işindən uzaqlaşdırmaq bu şirkətin iş prinsipinə çevrilib.Redaksiyamıza daxil olan şikayət məktubunda şirkətin satış təmsilçisi Xəlil Mövsümov bildirir ki, “Baker” şirkətində heç yerdə olmayan özbaşınalıqlar var: “Qadir Ələkbərov şirkətə direktor təyin olunandan sonra vəziyyət dözülməz həddə çatıb. Bu şirkətdə çalışırdım, Qadir Əkbərov heç bir səbəb göstərmədən, məni işdən çıxartdı. Dəfələrlə bunun səbəbini soruşsam da, mənə “mən belə istəyirəm” deyə cavab verdi. O işə gələrkən ona təzim etməyən şəxsləri “qaralayır” və 15-20 günə işdən uzaqlaşdırır”. Bir ildir bu şirkətdə çalışdığını söyləyən şikayətçi bildirir ki, Qadir Ələkbərov işçilərə qarşı nalayiq ifadələr işlətməkdən belə çəkinmir: “Qadir Əkbərov təkcə insanların ruzisinə toxunmaqla toxtamır.O həm də burada söyüş söyməyi ilə də məşhurdur. Belə ki, o iclasda əsəbiləşəndə öz yaxınlarını belə çox tərbiyəsizcəsinə söyür. Qadir "Baker" şirkətində bölğə müdiri olan Anar Zəkiyevlə birləşərək, çoxlu hoqqabazlıqdan çıxırlar. Bu hoqqabazlıqların qurbanı tək mən deyiləm.Texnoloq Vidadi ilə dava-dalaş edə-edə sexin çörəyinin çəkisinin də azalmasına nail olub. Bütün dükanlarda çörəyin keyfiyyətilə bağlı şikayətlər eşidilir”. Onun sözlərinə görə, şirkət rəhbərliyi onun sənədlərini də özünə qaytarmır: “Bunlar hətta mənim hərbi biletimi də özlərində saxlayıb vermirlər. Səbəb isə onu göstərirlər ki, guya, mən 80 manat şirkətə borcluyam və onu qaytarmasam, hərbi bileti verməyəcəklər. Mənim ümidim ancaq sizə qalıb. Əmək müqaviləm olmadığı üçün qanuni yolla heç nə edə bilmirəm. Görəsən, dünyanın hansı yerində əmək müqaviləsi olmadan, hətta istirahətsiz 30-31 gün iş rejimi var? Amma bu şirkətdə var. Özü də Qadir Ələkbərov gələndən sonra var. Onu da deyim ki, işçilər Zamiq adlı mühasibdən üzərində ağ kağız qoyulmuş və imza yerini güclə görülən maaş vərəqəsini imzalayaraq, maaş alırlar”. /// Dia.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
08:51 15.08.2025
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:38 15.08.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı