Zelenski Putinin “Pasxa atəşkəsi” elan etməsinə münasibət bildirib

Zelenski Putinin “Pasxa atəşkəsi” elan etməsinə münasibət bildirib
DÜNYA
19:20 19.04.2025
388
"Hazırda ölkəmizin ərazisində hava həyəcanı siqnalları işə düşüb. Yerli vaxtla 17:15-də səmada Rusiyaya məxsus pilotsuz uçuş aparatları qeydə alınıb”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu "Teleqram” kanalında Ukrayna prezidenti Volodimir Zelenski yazıb.

O qeyd edib ki, ölkəsinin hava hücumundan müdafiə sistemləri və hərbi aviasiyası işlək vəziyyətə gətirilib:

"Səmamızın üzərində "Shahed” pilotsuz uçuş aparatlarının olması Putinin həm Pasxaya, həm də insanların həyatına real yanaşmasını göstərir”.
OXŞAR XƏBƏRLƏR