Zelenski: Rusiya ordusunun 10 min əsgəri öldürülüb

Zelenski: Rusiya ordusunun 10 min əsgəri öldürülüb
DÜNYA
15:26 05.03.2022
348
"Rusiya ordusu planlaşdırılan xətlərə çatmadı. Amma ölüm sayları 10 min rus əsgərinə çatdı. 10 min! Bu qorxuludur! Bunlar oğlanlardır: 18, 20 yaş - çox gənc, az qala uşaqlar. Nə üçün döyüşürlər? Onlar niyə yad ölkədədirlər?"
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
 
"Ukrayna Silahlı Qüvvələri müdafiəmizin bütün əsas sahələrini cəsarətlə saxlayır. Onlar Xarkov yaxınlığında işğalçılara əks-hücum edir, şəhəri qoruyurlar. Nikolayevi, Kiyevi saxlayırlar. Çerniqov vilayətini, Sumı, Donbasda irəliləyirlər" - deyə prezident bildirib. 
OXŞAR XƏBƏRLƏR