Zelenski Sibirə hücumla öyünür, ona görə də... - Lavrov

Zelenski Sibirə hücumla öyünür, ona görə də... - Lavrov
DÜNYA
04:50 01.11.2026
216
Ukrayna nümayəndə heyətinin Əbu-Dabiyə nə ilə gələcəyi barədə dəqiq anlayış yoxdur, lakin Vladimir Zelenskinin hərəkətləri nizamlanmaya kömək etmir.

AZXEBER.COM axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Ukraynalıların danışıqlar masasına nə gətirməyi planlaşdırdığını bilmirəm. Zelenski hər gün getdikcə daha çox uzaqmənzilli raket əldə edir, Sibir də daxil olmaqla, Rusiya Federasiyasına hücum planları və digər bu kimi şeylərlə öyünür. Bu cür münasibət danışıqlara hazırlıq üçün qətiyyən əlverişli deyil", - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Ukraynanın zərbə imkanlarının artıq Rusiyanın Yamal bölgəsindən Qərbi Sibirədək uzanan ərazilərindəki obyektləri əhatə etdiyini bildirmişdi.
OXŞAR XƏBƏRLƏR