Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib

Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
DÜNYA
23:12 20.09.2026
123
Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının payız sessiyasının başlayacağı Nyu-Yorkda görüşəcəklər.

Bu barədə Zelenski öz "Telegram” hesabında məlumat verib.

"Az əvvəl Prezident Trampla danışdım. Vacib söhbət oldu və bir çox məsələləri müzakirə etməyə imkan tapdıq. Nyu-Yorkda görüşmək barədə razılaşdıq və bu görüş çox şeyi dəyişə bilər. Diplomatik dinamika göz qabağındadır”, - deyə Zelenski yazıb.

Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri zamanı mühüm detalları ətraflı işləyiblər.

"Gərginliyin azaldılması tədbirləri və fundamental təhlükəsizlik məsələləri – enerji, ərzaq təhlükəsizliyi və insanların həyatının qorunması ilə bağlı ideyalar var”, –Ukrayna Prezidenti əlavə edib.
OXŞAR XƏBƏRLƏR