Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Rusiya ilə İstanbuldakı danışıqlara istənilən formatda qatılmağa hazırdır.
Dövlət başçısı bu barədə "Telegram"da videomüraciət yayımlayıb.
"Rusiya tərəfindən kimlərin gələcəyini gözləyirəm. Ukraynanın atacağı addımları bundan sonra müəyyən edəcəyik. Ukrayna istənilən formatda danışıqlara hazırdır və biz bu görüşlərdən çəkinmirik”, – deyə Zelenski vurğulayıb.
/APA