Prezident Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində irəlilədiyini açıqlayıb.
Bu barədə dövlət başçısı teleqramda bildirib.
"Az öncə baş komandan Oleksandr Sırski məruzə edirdi. Qüvvələrimiz bu gün Kursk vilayətində fəallığı davam etdirir və mövqeləri qoruyur”, – Prezident vurğulayıb.
Eyni zamanda, o, ukraynalı hərbçilərin Belqorod istiqamətindəki uğurlarını da qeyd edib.
"Belqorod vilayəti ərazisində hərbçilərimiz irəliləyib və nəzarət zonamızı böyüdüb”, – ölkə başçısı söyləyib.
Xatırladaq ki, ötən ay Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin kəndini zəbt etmişdi.
/report