Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
O bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Prezident Emmanuel Makronla yaxşı danışıq apardım. Hazırda yeni müdafiə tədarükləri hazırlanır və ümid edirik ki, tezliklə yeni paket Ukraynada olacaq. Onun tərkibini müzakirə etdik. Həmçinin ukraynalı pilotlar artıq yaxın vaxtlarda Fransada "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar. Bu, Ukrayna döyüş aviasiyası üçün güclü bir addımdır", -Zelenski yazıb.
Onun sözlərinə görə, tərəflər həmçinin Rusiya-Ukrayna münaqişəsindəki mövcud vəziyyəti, Ukraynada Fransa raketlərinin və aviabombalarının istehsalını müzakirə ediblər.
"FREYJA sistemini fəal şəkildə hazırlayırıq. Prosesi necə sürətləndirə biləcəyimizi müzakirə etdik. Görüş zamanı məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəldik", - o deyib.
///report///











































