Zəlzələ baş verən gündən axtarılan Taha Duymazın ölüm xəbəri təsdiqləndi

Zəlzələ baş verən gündən axtarılan Taha Duymazın ölüm xəbəri təsdiqləndi
MAQAZİN
15:21 17.02.2023
414
Zəlzələdə dağıntılar altında qalan bloger Taha Duymazın cansız cəsədi tapılıb.

AZXEBER.COM xəbər verir ki, Kahramanmaraş mərkəzli Hatayda baş verən zəlzələdə dağıntılar altında qalan Taha Duymaz və qardaşının cansız bədəni tapılıb.

Taha Duymazın dostu sosial media hesabında "Başımız sağ olsun”, - deyə paylaşım edib.

Qeyd edək ki, fevralın 6-da episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə dağıntılara səbəb olub. Hatayda yaşayan fenomen, yemək videoları ilə tanınan Taha Duymaz və qardaşı da dağıntılar altında qalıb. Günlərdir möcüzə gözlənilən 19 yaşlı Duymaz və qardaşı dağıntı altında qalaraq vəfat edib.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR