Zəlzələ ilə bağlı rəsmi açıqlama: "Hiss olunan və olunmayan afterşoklar ola bilər"

Zəlzələ ilə bağlı rəsmi açıqlama: "Hiss olunan və olunmayan afterşoklar ola bilər"
SOSİAL
10:13 06.02.2019
3366
Fevral ayının 5-də saat 23:31-də İsmayıllı rayonu ərazisində baş verən zəlzələnin afterşokları hələ davam edir.

AZXEBER.COM bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, axırıncı iki afterşok hiss olunmayıb: "Son iki afterşokun maqnitudası 3-dən yuxarı olub. Hazırda afterşoklar davam edir, hiss olunan və olunmayan afterşoklar ola bilər".

Qurumun sözçüsü qeyd edib ki, Xidmətin baş direktoru Qurban Yetirmişli ərazidədir: "Əraziyə baxış keçirilir". 

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
OXŞAR XƏBƏRLƏR