Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var
SOSİAL
11:39 03.03.2026
328
Şamaxıda baş verən zəlzələ nəticəsində ev və obyektlərə ziyan dəyib.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata görə, baş vermiş yeraltı təkanlar nəticəsində əsasən Şamaxı və Ağsu rayonlarında dağıntılar olub.

Hadisə nəticəsində Şamaxının Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində, Ağsu rayonunun isə Ləngəbiz, Qəşəd, Bico, Keçdiməz, Gəgəli və digər kəndlərində evlərdə təhlükəli çatlar yaranıb, yarımtikililər dağılıb. Adıçəkilən kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib.

Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
OXŞAR XƏBƏRLƏR