Zəlzələdə evi qəzalı vəziyyətə düşən hər ailə üçün çadır quruldu

Zəlzələdə evi qəzalı vəziyyətə düşən hər ailə üçün çadır quruldu
Bütün Xəbərlər
11:30 11.05.2012
1372

Əraziyə su gətirilib, ərzaq və geyim paylanılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələ bölgəsindəki operativ qərargahları fəaliyyətini davam etdirir. AZXEBER.COM-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələrin hər biri üçün çadırların qurulması işi artıq başa çatmaq üzrədir. Məlumatda bildirilib ki, 12 məntəqədə zəlzələdən zərər çəkən ailələrin istirahətini təmin etmək üçün televizor və digər avadanlıqların olduğu iri çadırlar qurulub. Təbii fəlakətdən zərər çəkənlərə ərzaq və paltar da paylanılıb. Suya ehtiyacı olan yerlər nazirliyin xüsusi təyinatlı avtomobilləri ilə içməli su ilə təmin edilir. Məlumatda o da qeyd edilib ki, bölgədə nazirliyin tikinti sahəsi üzrə mütəxəssisləri, yerli icra hakimiyyəti orqanlarının və rayon maliyyə şöbələrinin nümayəndələrindən ibarət komissiyalar yaşayış və sosial obyektlərin vəziyyətini müəyyən etmək üçün işlərini davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR