Zəlzələdən zərər çəkənlərə yardım toplayan Hadisə danışarkən göz yaşlarına hakim ola bilməyib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda on minlərlə vətəndaşın həyatını itirdiyi zəlzələlərdən sonra Türkiyə üçün ianə toplayan Hadisə çıxış edərkən göz yaşlarına boğulub.
Özünü çox pis hiss etdiyini və zəlzələlərə görə yata bilmədiyini deyən müğənni "Özümü günahkar hiss edirəm, sanki insanları dağıntılar altında sən tək qoymusan. Hislərimi ifadə etməyə söz tapa bilmirəm" , - deyərək ağlayıb.
Qeyd edək ki, fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. 38 mindən çox vətəndaşın həyatını itirdiyi zəlzələlərdən sonra dünyanın müxtəlif yerlərindən yardımlar gəlməyə başlayıb. Türkiyə və Suriyaya yardım kampaniyasına müğənni Hadisə də qatılıb.
Ayşən