Zəlzələylə bağlı veriləcək sığortanın məbləği açıqlandı

Zəlzələylə bağlı veriləcək sığortanın məbləği açıqlandı
SOSİAL
12:26 08.02.2019
3123
Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri gələn həftədən etibarən verilməyə başlanacaq.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, bunu "AzSığorta” ASC-nin İdarə Heyətinin sədri Anar Talıbov deyib.

Onun sözlərinə görə, hazırda şirkətə müraciətlərin sayı 70-i keçib:

"Operativ cavablandırma üçün hadisə yerində qərargah yaradılıb. Hazırda vurulan ziyanın məbləği araşdırılır. Sığorta ödənişləri gələn həftədən verilməyə başlayacaq”.

A.Talıbov əlavə edib ki, hər sığorta halı üçün minimum sığorta ödənişi 1-1,5 min manat, maksimum məbləğ 30 min manat təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR