Bu barədə qərarı birliyin İdarə Heyətinin iclasında qəbul olunub. Qərara əsasən, İstanbul Universitetinin Hüquq fakültəsinin tələbəsi, qardaş ölkədə Azərbaycan diasporunun gənc fəallarından olan Zemfira Əliyeva “İslahatçı Gənclər” İB-nin Türkiyə təmsilçisi təyin edilib.
Zemfira Əliyeva “İslahatçı Gənclər” İctimai Birliyi ilə Türkiyənin müxtəlif gənclər birlikləri arasında münasibətlərin qurulması və inkişaf etdirilməsi, Azərbaycanla bağlı müxtəlif tədbirlərin keçirilməsi işini kordinasiya edəcək.