Məşhur rus müğənnisi və bəstəkarı Zemfira uzun fasilədən sonra Bakıda konsert verəcək.
AZXEBER.COM-un məlumatına görə, konsert 23 mart tarixində Buta Palace-da baş tutacaq. Zemfira on beş illik peşəkar karyerası ərzində pressa və publikanın diqqətini qazanmış beş studiya albomu buraxmışdır. Onun hesabında bi-sayd yığması və iki LIVE-albom var. Zemfira müasir musiqi sevərlər üçün sadəcə ad deyil, həm də brenddir. Keyfiyyətli musiqi və ifa, səmimi mətnlər, istedadlı müğənni, bəstəkar və müəllif brendi!
Bakıda verəcəyi konsertdə Zemfira tanınmış, sevilən hitlərilə bərabər yeni mahnılar da ifa edəcək. Konsertin sonunda isə hər kəsi sürpriz gözləyir: after party və dəbli DJ Rem-in hərarətli trekləri altında səhərə qədər rəqs.Biletlər 55 AZN, 65 AZN (STANDART) -300 AZN (VIP). Biletləri şəhərimizin kassalarından əldə etmək olar