Türkiyənin Ayvalık bölgəsinin zənginlər məhəllələrindən hesab edilən Çamlıkta bir villanın bağçasında bağlı olan pitbull cinsindən olan it zəncirini qıraraq Çamlıkın Paşalimanına qaçıb.
Ən qorxunc it cinsi hesab edilən pitbull dəniz sahilində bir qadına hücum edib.
Şanssız qadının ayaq və qollarını dişləyərək qoparan it daha sonra sahildə yaşlı bir kişi ilə balıqçı gəmisini sahilə bağladıqdan sonra evinə getmək istəyən bir balıqçıya hücum edib. İtin ağır yaraladığı 3 adamı təcili tibbi yardım briqadasının köməyi ilə Ayvalık Dövlət Xəstəxanasına aparıblar.
Xəstəxanada qol və ayaqlarına tikişlər qoyulan zərərçəkənlər it sahibindən polisə şikayət ediblər.
Paşalimanında başqa vətəndaşlara da hücum ehtimalına görə təxminən 2 saat gözləyən bir təcili tibbi yardım avtomobili və iki polis dəstəsinə çətin anlar yaşadan iti Ayvalık Bələdiyyəsi Küçə Heyvanlarına Nəzarət İdarəsinin işçiləri zərərsizləşdiriblər.
Keyidici iynə atılaraq yatırılan it Ayvalık Bələdiyyəsinə aid İt Baxım fermasına aparılıb.
Hadisə ilə əlaqədar istintaq davam edir.
///Milli.Az