“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”

“Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”
SİYASƏT
17:26 23.08.2026
433
"Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Prezident İlham Əliyev bildirib.

"Nəqliyyat sahəsi ilə bağlı onu da qeyd etmək istərdim ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizi layihəsi fəal şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının əsas hissəsində layihənin gələn il başa çatdırılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası ərazisində isə layihənin icrasına başlanılıb.
Bizim konseptual yanaşmamız ondan ibarətdir ki, Naxçıvan dəmir yolu, təbii olaraq, Azərbaycan Dəmir Yolunun bir hissəsidir. Bu çərçivədə layihədə iştirak etmək, investisiya qoymaq və müvafiq gəlir əldə etməklə yanaşı, bu marşrut üzrə zəmanətli daşınma həcmlərinə malik olmaq istəyən şirkətlər və ölkələr üçün beynəlxalq konsorsium yaratmağı planlaşdırırıq.

Məlumat üçün bildirmək istəyirəm ki, Ermənistan ərazisində də işlər aparılır. Amerikalı tərəfdaşlarımız bu barədə bizə mütəmadi məlumat verirlər. Bizə verilən məlumata görə, Ermənistan ərazisində tikinti işlərinə ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində başlanacaq. Lakin orada dəmir yolunun uzunluğu cəmi 42 kilometrdir, Naxçıvan Muxtar Respublikası ərazisində isə bu məsafə 194 kilometrdir. Buna görə də biz işlərə başlamışıq və onları istənilən halda başa çatdıracağıq.
Lakin müxtəlif şirkətlərin bu layihəyə marağının olduğunu bildiyimiz üçün qeyd etmək istərdim ki, belə maraq yaranacağı təqdirdə, nəzərdə tutulan konsorsiumda iştirak etmək imkanı da mövcuddur”, - deyə dövlət başçısı qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb