Zərdabda faciənin təfərrüatı: Evdən çıxdı, bir daha geri qayıtmadı - VİDEO

Zərdabda faciənin təfərrüatı: Evdən çıxdı, bir daha geri qayıtmadı - VİDEO
SOSİAL
19:29 05.07.2026
370
Zərdab rayonunda 62 yaşlı Təhlə Qoca oğlu Mustafayevin su kanalında boğularaq ölməsinin təfərrüatı məlum olub.

Onun yaxınları Azərbaycan Televiziyasına (AzTV) bildiriblər ki, Təhlə Mustafayev səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

"Təhlə velosipedlə hərəkət edərkən su kanalına düşüb", - deyə mərhumun yaxınları bildiriblər.

Qeyd edək ki, rayon sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti sonradan su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR