Fransada isə iyunun 22-dən 28-dək ölüm hallarının təxminən 30 faiz artdığı bildirilir. Almaniyada da isti hava ölümlərə səbəb olub.
Sosial şəbəkələrdə ölkəmizdə də yaxın günlərdə ektremal hava şəraitinin müşahidə olunacağı ilə bağlı paylaşımlar edilir. Bəs bu iddialar nə dərəcədə doğrudur?
Mütəxəssislər bildirirlər ki, Avropadakı isti hava dalğasını birbaşa Azərbaycanla eyniləşdirmək doğru deyil.
Coğrafiya İnstitutunun əməkdaşı, ekoloq Ənvər Əliyev bildirir ki, ölkəmizə təsir edən hava axınları müxtəlif istiqamətlərdən formalaşır.
Milli Hidrometeorologiya Xidmətinin iyul ayı üzrə proqnozuna görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu 25-28 dərəcə olacaq. Ayın ikinci və üçüncü ongünlüyünün bəzi günlərində isə temperaturun 36-40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Ənvər Əliyev qeyd edir ki, Bakıda isti hava mümkündür, amma bu, Avropadakı ölümcül istilərin eyni formada Azərbaycana keçəcəyi anlamına gəlmir.
Bununla belə, yüksək temperatur və rütubət Azərbaycanda da sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər günorta saatlarında açıq havada uzun müddət qalmamağı, kifayət qədər maye qəbul etməyi və birbaşa günəş şüasından qorunmağı tövsiyə edirlər.
Beləliklə, Avropada müşahidə olunan kəskin istilərin Azərbaycana eyni təsirlə gələcəyi ehtimalı olduqca azdır. Bakıda isti günlərin müşahidə olunması mümkündür, lakin bu vəziyyət riskli sayılmır.
/Xəzər TV











































