Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş – FOTO

Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş – FOTO
SOSİAL
13:05 09.09.2026
87
Zərdabda baş verən qəzada həyatını itirənlərdən biri müəllim olub. 

AZXEBER.COM xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslərdən biri minik avtomobilinin sürücüsü,1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. O, iki il əvvəl verdiyi sertifikasiya imtahanından 53 bal toplamışdı.

Bundan başqa qəzada həyatını itirəndlər sırasında 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova da var.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR