Bu sualdan sonra Naxçıvan səfəri daha da cəlbedici gəldi və orada olduğum müddətdə bu torpaqları daha çox kəşf etdim.
Naxçıvana "Mediafest-2025” adı altında keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransında iştirak üçün gəlmişdim.
Bu həm də Cənab Prezident İlham Əliyevin Milli Mətbuatın 150 illik yubileyinin qeyd olunması ilə bağlı 25 aprel tarixli sərəncamından sonra ilk genişmiqyaslı tədbir idi.
Tədbirdən öncə Naxçıvanda fəaliyyət göstərən media subyektləri ilə yaxından tanış olmaq şansı qazandım. Son dövlər sosial mediada çox fəal olan "Şərq qapısı" qəzetinin gənc kollektivini görəndən sonra bir daha əmin oldum ki, Naxçıvanda müasir texnologiyalardan, multimedia imkanlarından, hətta süni intellektdən də aktiv şəkildə istifadə edilir. 104 il tarixi olan qəzet bu gün laçın vaxtlarını yaşayır.
Eyni zamanda "Məktəbli" qəzetinin fəaliyyəti ilə yaxından tanış oldum. Bu qəzetdə şagirdlərin yazıları, məqalələri, məktəb tədbirlərinə geniş yer ayrılır. Qəzetdə diqqətimi çəkən isə şagirdlərin yazıların əlyazma şəklində dərc edilməsi oldu.
Mediafest çərçivəsində ən vacib məqamlardan biri də Naxçıvan Televiziyasının "Azerspace-1” peyki üzərindən yayıma başlaması oldu. Bakıdan gələn media rəhbərləri Naxçıvan TV-yə xeyir-dua verdi. Bakı ilə Naxçıvanın media vəhdəti bütün dünyaya yayıldı. Uzun illər məlumatsız olduuğumuz Naxçıvan bu TV-nin sayəsində artıq peyk yayımında olacaq.
"Qlobal İnformasiya Mühiti və Media Trendləri” adlı konfrans da çox gözəl təşkil edilmişdi. Açılışda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, sonra Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış etdilər, mətbuatımızın tarixindən danışdılar. Bundan sonrakı mərhələdə medianın qarşısına qoyulan məqsədlərdən danışdılar. Konfransda xarici jurnalistlərin də videotəbriki nümayiş etdirildi, Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, İtaliyadan məşhur jurnalistlər təbriklərini çatdırdılar.
Tədbirdə jurnalistlərin diqqətini ən çox cəlb edən məqamlardan biri də Həsən bəy Zərdabinin səhnələşdilirməsi oldu. Əslində isə həmin səhnə Zərdabinin ruhunun şad olduğunun göstərici idi. Çünki Zərdabinin arzusunda olduğu media artıq bütöv Azərbaycanı əhatə edir, Azərbaycanın hər nöqtəsindən xəbər hazırlaya bilir. Artıq media tədbirləri bir vaxtlar işğal altında olan Şuşada, Xankəndidə, Laçında və bir vaxtlar senzura altında olan Naxçıvanda keçirilir.
Ümumilkdə, 2 günlük səfər zamanı Naxçıvan mənim üçün təmiz və təhlükəsiz küçələri, tıxacsız yolları, qonaqpərvər, gülərüz, nizam-intizamlı insanları, şıltaq havası, möhtəşəm təbiəti, müqəddəs ziyarətgahları, müasirləşən restoranları, kafeləri ilə yadda qaldı.
Naxçıvan aeroportundan təyyarə ilə Bakıya dönəndə isə həmkarlarım ən ümdə arzularından birini dedilər: O gün olsun ki, növbəti dəfə Naxçıvana təyyarə ilə yox, quru yolu ilə gələk. Əminəm ki, o gün də uzaqda deyil, bütün arzuları, duaları, xəyalları reallaşdıran Dövlətimiz o günü də bizə nəsib edəcək.
Və Bakıya qayıdanda həmin dostuma dedim ki, artıq Naxçıvana nəinki jurnalistləri buraxırlar, hətta mətbuatın 150 illiyi ilə bağlı ilk ən böyük tədbir də Naxçıvanda keçirilir, jurnalistlərin iştirakı ilə MediaFest keçirilir, Naxçıvan TV isə peyk yayımına çıxır.
Hacıbəy Heydərli,
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
AZXEBER.COM saytının redaktoru
Mətbuat Şurası İdarə Heyətinin üzvü,
AZXEBER.COM saytının redaktoru






