Zərif: “Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqə üçün şərait yaradılıb”

Zərif: “Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqə üçün şərait yaradılıb”
SİYASƏT
18:59 26.01.2021
814
"İran, təəssüf ki, Dağlıq Qarabağda baş verən münaqişə yerinə ən yaxın ölkədir. Bu səbəbdən milli təhlükəsizlik baxımından bu münaqişənin həlli bizim üçün çox vacibdir”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi ortaq mətbuat konfransında deyib.

"Keçən ilin yay və payızında Qarabağda münaqişənin kəskinləşməsindən sonra İran regional həll yolu təqdim etmək üçün çox səy göstərdi. Bununla əlaqədar Lavrovla bir neçə dəfə telefon danışığım olub, İran prezidentinin xüsusi nümayəndəsi bölgəyə səfər edib, münaqişənin sona çatması ilə əlaqədar sülh planımızı təqdim edib. Rusiyanın səyləri ilə təklif etdiyimizə çox bənzər həll yolunun tapılmasına və bunun praktik müstəviyə keçirilməsinə çox şadıq”, - o bildirib.

"Bu gün Qarabağın çiçəklənməsi, əməkdaşlıq və qarşılıqlı əlaqələr üçün şərait yaradılıb. Regionda iqtisadi və nəqliyyat layihələrində qarşılıqlı fəaliyyət üçün zəmin hazırlanıb. Tarixi fikir ayrılıqlarını azalda, insanların həyatını xilas edə biləcəyik”, - M.C.Zərif söyləyib.

Onun sözlərinə görə, məhz bütün problemləri müzakirə etmək məqsədilə Cənubi Qafqazın hər üç ölkəsinə, habelə Rusiya və Türkiyəyə səfər etmək qərarına gəlib.

"Ölkələrin bu mülahizələrə münasibətinin çox müsbət olmasına sevinirəm. Ümid edirəm ki, ziyarət edəcəyim digər ölkələrdə də eyni reaksiya ilə qarşılaşacağıq. Bu fürsətdən daha yaxşı gələcək yaratmaq üçün istifadə etməliyik”, - deyə nazir fikrini yekunlaşdırıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
08:06 11.10.2026
Tramp Vaşinqtonun husilərlə əlaqədə olduğunu bildirib
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb
08:02 11.10.2026
Mərkəzi Afrika Respublikasında radikal qruplaşmaların genişmiqyaslı hücumunun qarşısı alınıb