Üzeyir Mehdizadə fanatlarına bəd xəbər

Üzeyir Mehdizadə fanatlarına bəd xəbər
ŞOU-BİZNES
14:33 21.12.2011
4023
Dekabrın 27-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Mənə gəl” adlı konsert verməyə hazırlaşan müğənni Üzeyir rekorda imza atıb. Qiyməti 30-100 manat arasında olan biletlər demək olar ki, satılıb.  Qeyd edək ki, bu konsertin digərlərindən daha bir fərqi onun günorta saatlarında başlamasının nəzərdə tutulmasıdır. Üzeyiri həmkarları bu konsertdə tək qoymayacaqlar. Sənətçi konsertdə iştirak edəcək müğənnilərin adını sirr kimi saxlasa da, onların sırasında Mehrim və Cavanşirin olduğu məlum olub. Həmin gün tamaşaçılar Üzeyirin duet həmkarını – çoxlarının Röyaya bənzətdiyi o xanımı da görəcəklər. Müğənni konsertinə jurnalistləri də dəvət edib.
OXŞAR XƏBƏRLƏR