"Mənim musiqim insanların qəlbindədirsə, deməli, bu musiqi ilə də getməliyəm. Bəzən deyirlər ki, bayağı mahnı oxuyuram. Bayağı deyirlər, amma bu günə qədəq onun açıqlamasını verməyiblər. Özümü heç vaxt reklam etməmişəm. Sadəcə bir diskim çıxıb və İnsanlar öz seçimi ilə məni qəbul ediblər. Mənə zövqsüz deyənlərə səslənirəm, belə çıxır ki, respublikanın yarıdan çoxunun zövqü yoxdur?"". AZXEBER.COM-un məlumatına görə, Üzeyir Mehdizadə zövqsüz mahnı oxuması ilə bağlı onu tənqid edənlərə münasibət bildirərkən velə deyib. "Bir də ki, deyirlər ki, zövq məsələsidir. Mənə çox maraqdıdır. Ola bilər ki, iki, üç nəfərin zövqü korlansın, yəni respublikanın yarısından çoxunun zövqü korlanıb?", deyə Üzeyir əlavə edib.